Sərhəddə toqquşma: ermənilər hücum edib Bakını günahlandırdı

0
45

Ermənistan Müdafiə Nazirliyi sərhəddə Azərbaycan Ordusunun atəşkəsi pozduğu yalanını yenidən tirajlayıb.

Ermənistan MN noyabrın 24-də saat 21:30-dan 22:20-a qədər sərhədin şərq hissəsində gərginliyin yaşandığını, Azərbaycanın atəşkəsi pozduğunu iddia edir.

Son dövrlər Ermənistan tərəfinin sərhəddə təxribatlar törədərək, Azərbaycan tərəfini ittiham etməsi intensivləşib. Burada iki əsas məqsədin olduğu aydın görünür.

Birincisi, Ermənistanın sərhədə gətirdiyi Avropa İttifaqının monitorinq missiyasına “Azərbaycanın hücum etdiyini” göstərməyə çalışırlar;

İkincisi, Ermənistanın üzvü olduğu KTMT-ni proseslərə cəlb etmək, Azərbaycana qarşı cəbhə formalaşdırmaq istəyirlər: Təşkilatın İrəvanda keçirilən sonuncu sammitində baş verənlər də bunu təsdiq etdi; İrəvan istəyinə nail olmasa da, məqsədindən əl çəkməyib;

Bu iki məqsəd fonunda Ermənistan tərəfinin sərhəddə təxribatlara davam edəcəyi, gərginliyi daha da artıracağı gözləniləndir