“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

0
81

“Qarabağ” Avropa Liqasında yeni rekorda imza atıb.

Qurban Qurbanovun yetirmələri qrupda toplanan xal sayında Azərbaycan rekordunu yeniləyib.

Ağdam klubu VI turda Bakıda “Frayburq”la görüşüb. Evdəki 1:1 hesablı heç-heçə ilə təmsilçimiz xal sayını 8-ə çatdırıb.

Bununla da 2016/17 mövsümünün rekordu yenilənib. Həmin vaxt “Qarabağ” qrupda 7 xal yığıb.

Qeyd edək ki, “Qarabağ” 7-ci dəfə mübarizə apardığı Avropa Liqasının qrupunda “Qəbələ” iki, “Neftçi” bir dəfə çıxış edib.