MN: “Ordumuzun Ağdam və Xocavənd istiqamətlərindəki mövqeləri atəşə tutulub”

0
27

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.