Komitə sədri: “Ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir”

0
46

“Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi mənzərəsini ağırlaşdırır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

O bildirib ki, Rusiya-Ukrayna hərbi əməliyyatları dünya bazarlarında kəskin bahalaşma yaradıb və inflyasiya təzyiqlərini yüksəldib.

“Bu gün dünya qiymət artımı, ərzaq qıtlığı ilə üz-üzədir. Qlobal bazarlar monetar və fiskal təhdidlərlə qarşı-qarşıyadır”, – deyə komitə sədri bildirib.

Deputat əlavə edib ki, dünya indi iki seçim qarşısındadır:

“Düşünülür ki, ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir. Hələlik birinciyə üstünlük verilir”.

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda iqtisadi böhranlardan sığortalanmaq üçün uğurlu inkişaf strategiyası hazırlanıb. Azərbaycan açıq siyasət indeksində 81-dən 44-ə qədər yüksəlib.