Kiçik bir sevinc də xoşbəxtliyin açarı ola bilər

0
33

Halımızın, xatıramızın hər zaman xoş olması bir ümman sevincin başlığıdır. O zaman bütün pisliklər yaddan çıxır, ya da əhəmiyyət vermirsən. Şirinli, acılı dünyamızda nikbinlik və optimist olmaq xoşbəxtliyin açarıdır. Gözəl bir musiqi, kiçik bir gül dəstəsi, bir sevincli xəbər isə ruhumuza nə qədər xoşluq bəxş edirsə, bu kimi xoşluqların bəhrəsi, xatirəsi bir ömür boyu bizi təqib edir.
Bu xoşluqlar optimist, pessimist tanımır, xeyirxah, cinayətkar, şikəst, sağlam insanları ayırmır.
Hər bir kəsin həyatında xoş günlər olmamış deyil. Bu günlərin xatirəsini yaşatmaq üçün ümidimizi itirməməliyik, işgüzar həyat tərzi yaşamalıyıq. Mehribançılığı həyat simvolumuza çevirməliyik.
Fərqli insanların yaşadığı dünyamızda bunları etmək nə qədər çətin olsa da, əldə etdiyiniz hər kiçik xoşluqların birləşməsi möhtəşəm sərhəd yaradır.
Pis adamların yazıq, yaxşı insanların xoşbəxt olması fikri ilə razılaşmalıyıq, həyat bizə nə sınaqlar göstərsə də.
Yazdıqlarımla bir çox insan razılaşmasa da, əks fikir söyləməyə söz tapmayacaqlarına əminəm.
Bu həyatda ən ağır dərdlər yaşayanlar belə sevgi və sevinc hissindən məhrum olmurlar.
Dünyanın hər hansı bucağındasa kimsəsiz qalan bir insan belə yaşam dövrünün hansısa məqamında sevinc hisslərini yaşamamış deyil.
Gəlin qəlblərdəki bədbinliklə mübarizə aparaq.
Bu müvəqqəti dünyada kiçik bir sevincə də şükür edək. Şükürlü insanlara Allah daha artığını nəsib edir.
Qəlblərdəki rahatlıq bir-birimizə ağıl öyrətməklə yaranmır. İradəmizin gücünə dirənək.
Yaxşılıqlara yaxşılıqla cavab verək və onun sevincini yaşayaq.
Sevincli günlərimiz əskik olmasın. Hər bir fəaliyyət mexanizmi qəlblərimizə rahatlıq gətirsin. Qolumuzun gücünə deyil, ürəyimizin rahatlığına güvənək. Xoş söz eşitmək üçün mehribanlığımızı, xeyirxahlığımızı əskik etməyək.
Sənubər