Kəmaləddin Heydərov Gəncədə vətəndaşları qəbul edəcək

0
13

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2022-ci il tarixində Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabr 2022-ci il tarixində Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.