İstanbuldakı terrorla bağlı daha beş nəfər həbs edildi

0
27

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunun mərkəzi İstiqlal prospektində (Taksim məhəlləsi) baş verən terrorla bağlı daha 5 nəfər həbs edilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Onların arasında “Hüsam” kod adlı terrorçu da var.

Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 24-ə çatıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb