Dövlət boş evləri satır, təmir etdirir: Bu tarixi yerlərə ikinci həyat gələcək – FOTOLAR

0
13

İtaliyadakı şəhərlər son illərdə yeni sakinləri cəlb etmək üçün bir-biri ilə əməlli-başlı rəqabə girib.

Bu yaxınlarda İtaliyanın cənubundakı Puglia şəhərində yerləşən Presicce qəsəbəsinin bələdiyyəsi maraqlı addım atıb.

Məlumata görə, yerli bələdiyyə qəsəbədəki yaşayış olmayan boş evləri maraqlı üsulla satışa çıxarıb.

Belə ki, bələdiyyə rəhbərliyi hazırda kimsənin yaşamadığı evlərlə bağlı yaşayış icazəsi almaq üçün insanlara 30 min avro ödəyəcəyini açıqlayıb.

Müqavilə çərçivəsində satışa çıxarılan evlərin qiymətlərinin əslində bazar dəyərinin 400-500 min avro olduğu vurğulanır.

Hətta tarixi əhəmiyyətə malik qəzalı evləri alaraq təmir edən şəxslər üçün vergidən azadolma və digər məsələlər üzrə güzəştlər, imtiyazlar təklif olunur.

Məlumata görə, bu da varlı şəxslərin və iş adamlarının həmin şəhərlərə, qəsəbələrə investisiya yatırmasına gətirib çıxarır.

Artıq bir neçə əsrlik evlərə malik olan insanlar da ucqarlarda yerləşən, yaşamadıqları evlərini satışa çıxararaq bundan gəlir əldə etmək haqqında fikirləşirlər.

Qumlu çimərliklərin, yaşıl meşələrin əhatəsində olan bu cür yaşayış məntəqələrinə ikinci həyat vermək üçün yerli özünüidarə orqanları artıq tam sürətlə hərəkətə keçiblər. Onların sözlərinə görə, bu, öz müsbət nəticələrini verməkdədir. Artıq bir sıra nüfuzlu şirkətlər və iş adamları ölkənin cənubunda yerləşən Santa Maria di Leuca çimərliklərinin yenidən canlandırılması üçün investisiya yatırmağa başlayıblar. Hətta qəzalı vəziyyətdə olan turistik əhəmiyyətə malik məkanlar da yenidən restavrasiya edilir.

Yerli bələdiyyə orqanının rəsmisi Alfredo Palesenin sözlərinə görə, “ölü turistik məkanlara” ikinci həyat gəlməyə başlayıb:

“O qədər boş evlər var ki, tarixi şəhərləri, turistik yerləri yeni sakinləri ilə yenidən canlı görmək istərdik. Möhtəşəm memarlıqla dolu məhəllələrimizin yavaş-yavaş boşaldığının şahidi olmaq çox kədərlidir”.

Yerli rəsmilərin sözlərinə görə, dövlət qurumlarının şərtləri olduqca sadədir, yaşamaq şərti ilə köhnə evlər alınır və təmir edilir. Sonrakı yaxın müddətdə həmin evləri turistlərin ixtiyarına verməklə, çəkilən xərcləri bir mövsümdə çıxarmaq mümkündür.