Azərbaycanda qadınlara qarşı zorakılıq hadisələrinin sayı AÇIQLANDI

0
14

“Bu ilin 9 ayında Azərbaycanda 3 945 ailə münaqişəli ailə kimi qeydiyyata götürülüb”.

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası media müstəvisində” adı altında keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu il qeydə alınan cinayətlərin 6,9 faizini, yəni 1 789 faktı qadınlara qarşı zorakılıq hadisələri təşkil edib:

“Bu istiqamətdə cinayətlərin qarşısının alınması istiqamətində adekvat tədbirlər davam etdirilir”.