ABŞ-dan Ukrayna ilə bağlı YENİ TƏYİNAT: “Biz hər şeyi etməliyik ki, Putin…”

0
61

ABŞ Dövlət Departamenti keçmiş səfir Cefri Payetti Rusiyanın kütləvi hava hücumlarından sonra Ukraynaya enerji sektorunun təmiri, saxlanması və gücləndirilməsinə kömək etmək üçün koordinator təyin edib.

Bu barədə departamentin nümayəndəsi Ned Prays brifinqinə istinadən xəbər verir.

“Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payettə ABŞ hökuməti tərəfindən beynəlxalq tərəfdaşlarla Ukraynaya enerji dəstəyinin əlaqələndirilməsi tapşırılıb”, – Ağ Evin spikeri bildirib.

O qeyd edib ki, Payette 2016-cı ilə qədər ABŞ-ın Ukraynadakı səfiri vəzifəsində çalışıb.

“Rusiyanın bu qış istilik və elektrik enerjisini kəsmək cəhdlərinə baxmayaraq, Ukrayna hökumətinin Ukraynanı möhkəm və güclü saxlamaq üçün yardıma ehtiyacı olacaq. Prezident Putin döyüş meydanında uğursuzluğa düçar oldu, ona görə də indi o, Ukraynanın mülki infrastrukturuna qarşı müharibə aparır. Biz hər şeyi etməliyik ki, o, məğlub olub getsin, – Prays əlavə edib.