SN: Süd vəzi xərçənginə tutulanların sadəcə 1 faizini kişilər təşkil edir

0
59

“Süd vəzi xərçənginə kişilərdə qadınlara nisbətən çox az hallarda rast gəlinir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva “Süd vəzi xərçəngi” mövzusunda danışarkən deyib.

O bildirib ki, bu xəstəliyə tutulanların sadəcə 1 faizini kişilər təşkil edir: “Hər 150 qadından bir kişidə süd vəzi xərçənginə rast gəlinir. Qadınlardan fərqli olaraq, kişilərdə bu xəstəlik daha tez aşkarlanır. Süd vəzi xəstəliklərinin 70-80 faizi xoşxassəli olur”.