Qızıma arzuladıqlarım

0
86

Həyatıma çiçək yağışı qızımla gəldi. Qəlbimin zərif duyğularının parıltısını qızımda gördüm. Kiçicik canıyla həyatımıza möhtəşəm nəşə qatdı.
Artıq 20 ildir ki, bu nəşəmiz əskilmir. Qızımız Selcan heç bir zaman ümidlərimizi boşa çıxartmadı. Onun sevinc dolu baxışları ömrümüzün mənasına çevrildi. Bir ömür boyu onu xoşbəxt görmək arzusu bütün ata-analar kimi bizim də həyat simvolumuza çevrildi.
Həyatımın ən parlaq ulduzu olan qızıma ürəyindəki bütün ümidlərinin həyata keçməsi ilə yanaşı, dünyanın bütün reallıqları ilə üzü ağ buluşmasını, bütün çətinliklərlə mübarizədə mənəvi qüvvəsini qorumasını və bu mənəvi varlığının ömrünün bütün səhifələrində hər bir pislikdən uzaq olmasını arzu edirəm.
Onun yaşam dünyası ilahi varlığın köməyi ilə, o körpəcik gülüşünün müşayiətilə hər zaman ətrafına işıq saçsın.
Sənubər