İstəklərin həcmi dünyanı idarə edir?

0
196

Bu cümlənin nə qədər həqiqətə uyğun olub-olmaması hər kəsin dünyagörüşünə uyğun tənzimlənir.
Məncə, bu cümlə həqiqətə uyğundur. Hər kəs öz istəklərinin, ölkə rəhbərləri isə milyonlarla insanın istəklərinin həyata keçməsi üçün çalışır.
İnsanlar da, ölkələr də bir-birinə yardımı əksik etmir. Belə ki, istəklərimizin yolu daim açıqdır, əgər mübarizə aparmağı bacarsaq və dünyanın qanunlarına tabe olsaq.
Tənbəllər və cinayətkarlarla dolu dünya xoş istəklərin həcmini dəfələrlə çox edir.
Xoş günlər uğrunda dünya savaşı hər birimizdən yüksək səbr də tələb edir. Çünki bu savaşda itkilərimiz də çox olur. İstəklərin həcminin kasıblarda az, varlılarda çox olması bərabərlik çağırışını tövsiyə etmir. Bu savaş yalnız insan itkisi ilə başa gəlir.
Dünyanı idarə edənlərin varlılardan ibarət olması, onların arzularının həcminin də kasıblarda olduğundan yüzlərlə qat çoxdur. Duz, çörək belə tapmayan kasıbların mübarizəsini elə duz-çörəklə dayandırmaq olar.
Təəssüf ki, onu belə kasıblara qıymayan varlılar var. İmkanlarının daha yüksək səviyyəyə çatması üçün çalışan bu qruplar tez-tez ağır zərbələrə tuş gəlsə də, onların istəklərinin ardı-arası kəsilmir.
Kasıbların arzusu yalnız yemək və geyinməkdir. Canları ağrıyanda həkimə gedə bilməkdir.
Ölkəmizin sosial bazası imkansızların təminatını ödəmək gücündədir. Ancaq istəklərin həcmi bununla bitmir.
Hər bir dövlətin idarəetmə strukturları əhalinin bitib-tükənməyən ehtiyaclarını ödəmək zorundadır. Əks halda müxalifətin təşkilatçılığı ilə qarşıdurmalar tüğyan edir.
Əvvəldə qeyd etdiyimiz kimi, bu qarşıdurmalarda kasıblardan çox bir az imkanı olanlar, mənsub olduğu imkanı itirənlər xüsusi yer tutur.İğtışasların həcmi dövlət strukturunu silkələmək gücünə malikdir.
Dövlət başçılarının tələbata yiyə durması isə ölkənin hər hansı bir sahəsində işə əngəllənmələrlə qarşılaşır.
Bir-birinə borcu olan ölkələrin olmasında da bu kimi durumların xüsusi yer tutması səbəb daşıyır.
Dünyagörüşü olmayanların idarə edilməsi çox çətin bir işdir. İradəçiliyi zəif olanlar da işdən qovulduqda dövlətin düşməninə çevrilir.
Hər istəyin bir yurdu var: Ölkə başçısının yanında olmaq. Bu mümkün olmasa da, istəklərinin həyata keçməsi hər bir insanı dövlətin idarə edilməsində rolu olduğu düşüncəsi ilə yaşadır.
Həqiqətənmi, dünyanın idarə edilməsi istəklərin həcmi ilə mümkün olur?

Sənubər