Ey düşmən sənin yaşamağı sevdiyin qədər ölümü sevən bir ordu ilə gəlirəm.

0
142

Bu gün Qabələ rayon Əmirvan kənd şəhid Aydın Mətləb oğlu Bayramovun ikinci il dönümü qeyd olundu.

Tədbirdə rayon icra başçısı öz heyyəti ilə, yazarlar, şəhid ailələri, qazilər Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, Qəbələ TV, Xəbər AZ, Agsu şəhid ailələri, kənd sakinləri ,axundlar, Gənclər birliyinin rəhbəri, Vəndam qəsəbə bir saylı orta məktəbin birinci sinif şagirdi Ayla Abdurahmanova iştirak etdi.
Ayla hər zaman ki ,kimi şəhid analarına öz şeirləri ilə oxşadı.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Aydın Bayramovun qəhrəmanlıgından danışılmışdır. Şəhidin valideynlərinə başsağlığı verilmişdi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Təranə Alməmmədova

“Xarıbülbül Əbədi Məclisin “, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri