Dövlət başçısı: Azərbaycandan kənarda yaşayan azərbaycanlıların hüquqları bizim üçün çox böyük əhəmiyyət kəsb edir

0
61

Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur.

Bunu bu gün Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən deyib.

“Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”, – dövlət başçısı vurğulayıb.