Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazandı

0
82

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Almatı şəhərində Denis Tenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanıb.

Qısa proqramda 188,77 xala layiq görülən 21 yaşlı idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Turnirdə birinci yeri 208,47 xalla gürcüstanlı Nioka Eqadze tutub. 192,67 xal toplayan qazaxıstanlı Dias Jirenbayev isə gümüş medala sahib çıxıb.