Hər bir istək qurban tələb edir

0
121

Hər birimizin həyatında sevincli və kədərli günlər olur. Ümumxalq sevgisi və kədəri isə mötəbərliyi və acısı ilə yüksəkdə durur. Şəhidlərin kədəri bir ailəmin deyil, bütöv bir xalqın acısıdır. Bu kədərlə yaşayan xalq sevincdən də məhrum olmur. Torpaqlarımızın geri qaytarılmasına sevinməyən bir kəsimiz də yoxdur.
Şəhidlərlə birlikdə hər gün onlarla insanın yaxınlarının vəfatına görə acı yaşanır, xeyirli işləri təxirə salınır. Və onlarla insan isə şəhidlərin kədəri ilə birlikdə öz arzularının işığına qovuşur.
Nə sevinc kədərə, nə kədər sevinə təslim olmur.
Xalqımızın möhtəşəm qəlbə sahib insanları fəxr simvoluna sahibdirlər. Aramızda olan oğrular, quldurlar, mərdiməzarlar bu fəxrə ləkə vura bilmirlər, onlar hər zaman cəzalarını alıblar və alacaqlar. Möhtərəm prezidentimizin bütöv xalqımızın bu işdə ona kömək etməsi çağırışı ümidlərimizi daha da artırır.
Gəlin arzularımızın, xəyallarımızın gerçəyə dönüşünə ümidimizi itirməyək. Bu həyatda hər bir istək qurban tələb edir. İstəklərimiz nə qədər yüksəkdirsə, təəssüf ki, qurbanlar da çox olur. Bu qurbanlar nə qədər acı yaşatsa da, bizi sevincdən də məhrum etmir. Bu sevinci yaşayanlar və yaşadanlar Allahın sevimli qullarıdır və şəhidlər də həmçinin. Allahın rizasına boyun əyməyənlər nə bu dünyada, nə də o biri dünyada sevinc yiyəsi olmayacaqlar.
Hər halımıza şükür etməyi yaddan çıxartmamalıyıq. Şükürlü insanlara Allah səbr də verir.
Sevinc yaşayarkən kədəri unutsaq da, kədər yaşayarkən sevinc olacağına da, ümidimizi itirməyək.
Xoşbəxt olmaq üçün isə neytral dünyanın qanunlarına sinə gərməliyik.
Bu dünyada saysız insanların saysız duyğularının başında duran sevinc və kədəri anlamsızlara tuş gəlməsin.

Sənubər.