Erməni faşistlərdən bəşəri cinayət çağırışı: “Metsamor”u özümüz vurub bütün regionu məhv edək”

0
177

Azərbaycanın regionda yeni yaratdığı reallıqlar şəraitində aciz duruma düşən erməni revanşist qüvvələri artıq bütün dünya üçün təhlükə mənbəyinə çevrilməyə başlayır.

Belə ki, Azərbaycan Ordusunun “Qisas” əməliyyatından sonra növbəti dəfə rüsvayçılıqla üzləşən revanşistlər döyüş meydanındakı acizliyi sosial şəbəkələrdə canfəşanlıqla unutdurmağa çalışırlar.

Artıq sosial şəbəkənin erməni seqmentində edilən çağırışlar revanşistlərin təkcə Azərbaycan düşmənçiliyini deyil, həmçinin faşist mahiyyətini də ortaya qoyur.

Onlar hökuməti Azərbaycanın neft kəmərlərinə zərbə vurmağa və bununla da Avropanın enerji tədarükünü kəsməyə çağırıblar. Avropanın enerji təhlükəsizliyinə əngəl yaratmaqla erməni revanşistlər bir daha öz maraqları naminə hər şeyi sata biləcəklərini göstəriblər.

“Siz Kreml də daxil olmaqla heç kəsə məhəl qoymadan əlinizdə olan bütün raketləri Azərbaycan istiqamətində buraxmalı, sonuncunu isə AES (Metsamor Atom Elektrik Stansiyası nəzərdə tutulur – red.) üçün saxlamalısınız. Əgər hansısa ölkə bizi vurmaq istəsə, AES-i partlatmalı və insanlarla birlikdə bütün regionu məhv etməliyik”, – erməni faşistləri bildiriblər.

Qeyd edək ki, erməni faşizminin düşməni bütün bəşəriyyət hesab olunmalıdır. Son günlər sosial şəbəkələrdəki qəzəbli çıxışlardan da görünür ki, erməni terrorçuları üçün nə Avropa, nə də regionda yaşayan insanların həyatları önəm daşımır. Uzun illər ərzində erməni terroruna, faşizminə göz yuman qüvvələr belə erməni xislətinin iyrəncliyi qarşısında böyük zərər görə bilər.

Bu səbəbdən Ermənistanda baş qaldıran faşizm və revanşizm cəhdlərinə bütün dünya tərəfindən adekvat cavab verilməlidir.