Rafael Fiziyev adaşı ilə döyüşəcək

0
220

Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin növbəti döyüşdəki rəqibi bilinib.

o, iyulun 9-da braziliyalı adaşı Rafael dos Anjosla qarşılaşacaq.

Artıq hər iki tərəf bu döyüşə razılıq verib. UFC-nin yaxın günlərdə bu döyüş cütlüyünü açıqlayacağı gözlənilir.

Qeyd edək ki, tərəflər arasında döyüş ilin əvvəlində baş tutmalı idi. Lakin Rafael Fiziyev  “Omikron”a yoluxduğundan görüş alınmamışdı.