Hacıqabulda TIR sürücüsünün meyiti kabinədən tapıldı

0
64

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.