“Folklorçular” İctimai Birliyi “Dastan gecələri” keçirib

0
220

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi 2022-ci ilin fevral ayından etibarən “Milli mənəviyyatımızın işığı olan “Dastan gecələri”nin bərpası və təbliği” adlı layihənin icrasına başlayıb. Birlik əvvəllər də Azərbaycanda dastançılıq ənənəsinin qorunub saxlanması və inkişafı üçün bir sıra tədbirlər həyata keçirib. Növbəti addım kimi bu günlərdə Bakı şəhərində Borçalı aşıqlarının ifasında üçgünlük “Dastan gecələri”nin keçirilməsi reallaşıb. “Dastan gecələri”ndə “Gürcüstan El aşıqları” təşkilatının sədri Nargilə Mehtiyeva, təşkilatın üzvləri Aşıq Əşrəf Qəriboğlu (Təmirov), Aşıq Qara Süleymanov, Aşıq Samir Qaraxanov, Aşıq Qabil Abduyev, Aşıq Dərya Məlikzadə iştirak ediblər.
Tədbirə AMEA-nın müxtəlif İnstitutlarından elm adamları, Aşıqlar Birliyindən, müxtəlif ali məktəblərin tələbələri, aşıq yaradıcılığını sevən Bakı sakinləri qatılıblar.
Üç gün ərzində tamaşaçılar aşıqların ifasında müxtəlif dastanlardan hissələr dinləyiblər. Tədbirin sonunda aşıqlara sertifikat və hədiyyələr verilb.
Qeyd edək ki, “Folklorçular” İctimai Birliyi gələcəkdə də Təbrizdə fəaliyyət göstərən dastan söyləyicilərini Bakıya dəvət edərək, burada “Dastan gecələri” keçirməyi planlaşdırır.