Azərbaycanlı karateçilər Mərakeşdə bir-birilə bürünc medal döyüşünə çıxacaqlar

0
38

Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin III mərhələsində ilk yarış günü milli komandamız üçün uğurlu keçib.

yarışda iştirak edən üç idmançımızdan ikisi mübarizəyə başlayıb.

Yarımfinalda qələbəni əldən verən Əminağa Quliyev (-60 kg) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi 1/4 finalda tanınmış yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. Medal görüşləri bazar günü keçiriləcək. Şənbə günü isə daha bir idmançımız İrina Zaretskaya yarışda çıxış edəcək.

Qeyd edək ki, Mərakeşdəki yarışda 48 ölkədən 238 idmançı iştirak edir.