Avtomobil aşdı, yaralılar var

0
387

Qax rayonunda avtomobil aşıb.hərəkətdə olan VAZ-2106 avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Sürücü Hüseynli Hüseyn Azər oğlunun sərnişinləri – 1998-ci il təvəllüdlü Tural Rəşidov və 1993-cü il təvəllüdlü Rövşən Əhmədli xəsarət alıblar. 

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.