Abşeronda avtomobil aşıb, azyaşlılar xəsarət alıb – FOTO

0
41

Masazır qəsəbəsində idarəetmədən çıxan avtomobil aşıb.

hadisə Novxanı şosesində qeydə alınıb

Xanım sürücü idarəetməsində olan “BMW” markalı maşınla yol kənarında yerləşən duz gölünə aşıb. Qəza nəticəsində sürücü və onun üç azyaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.