“Prezident üç saat ərzində suallara çox böyük diplomatik məharət nümayiş etdirərək cavab verdi” – RƏY + FOTO

0
141

“ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin söylədiyi fikirlər çoxşaxəli idi. İstər ölkəmizdə idarəçiliyin formalaşması, istər regionların inkişafı, işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası, eyni zamanda Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşadırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, irəli sürülən təklilər, region ölkələri ilə münasibətlə və qlobal məsələlərlə bağlı müzakirələr aparıldı”.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O vurğulayıb ki, Prezident növbəti dəfə 3 saat ərzində 20-dən çox suala çox böyük diplomatik məharət nümayiş etdirərək cavab verib:

“Cavablar tam dolğun, faktlara söykənmiş idi. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün aparıcı beyin mərkəzlərinin ekspertlərinin diqqətinə çatdırılması vacib məqam idi. Həmçinin Cənubi Qafqazda yeni eranın başlanması, yeni reallıqların hər kəs tərəfindən qəbul edilməsi ilə bağlı fikirlər səsləndirdi. Prezidentin dediyi kimi indi əsas məsələ Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. Sülhün bərpası üçün Ermənistan tərəfindən də adekvat addımlar atılmalıdır; irəli sürülən təklifləri yerinə yetirsə, bölgədə qarşılıqlı əməkdaşlıq formalaşacaq, yalnız inkişaf və tərəqqi olacaq. Bu, həm də Ermənistana gözləmədiyi faydalar gətirəcək”.