Hazırda 40 qazimiz Türkiyədə müalicə alır

0
109

Türkiyədə müalicə alan qazilərin sayı açıqlanıb.

“YAŞAT” Fondu tərəfindən hazırda 40 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Qeyd edək ki, Fond tərəfindən bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.