Həyata xoş gəldiniz.

0
168

Həyat səhər oyandıgımız zamandan axşam yatana qədər etdiyimiz seçimlərdən ibarətdir..Tez- tez bu sözün nə qədər də dogru oldugunu qəbul edirik. Amma növbə onu həyatımıza tətbiq etməyə gəldikdə seçimlərimiz nədənsə arxa plana atıllr. İçimizdən sonra səsi yüksəkir. Necə olsa hələ önümüzdə çox saatlar, günlər, aylar və illər var. Atacagımız addımların, edəcəyimiz seçimlərin bir anlıq oldugunu və bunun əhəmiyyətini unudurq. Zaman keçdikdən sonra və nəyinsə əldən çıxdıgını gördüyümüz zaman KAŞ Kİ səsi yuksəkir.
Həqiqətən də belədirmi? Biz nəisə etdiyimizi, nəyi necə istədiyimizi bildiyimiz halda vəziyyət bu cür qalacaqmı? Düşuncə tərzimiz bizim rənglərimiz ola bilərmi sizcə?
Beynimizi neqativ düşüncələrlə boyasaq, bədbin, müsbət düşüncələrlə boyasaq, nikbin olarıq. Bəli əlimizdəki boyalarla özümüzü və ətrafımlzdakıları istədiyimiz rəngə boyayıb onlara kənardan baxa biləmə fürsətimiz var.Bu bizim əsərimiz, həyatımlz , nəzər nöqtəmizdir. Dediyim kimi rəngin seçimi bizə aiddir.
Nailiyyətsizlik, bədbinlik, çətinliklərə görə başqalarını və özümüzü günahlandlrmaga YOX.!Hərəkətə keçib həyatımızın rənglərini araşdirmaq və fəaliyyətə başlamaga HƏ!
Sonra biz kaş ki, biz bir həyat üçün həyatımızın rənglərini tapmaga dəvət olunuruq.
Buna inanıb dəvəti qəbul etdiyiniz an HƏYATA XOŞ GƏLDİNİZ!

Təranə Alməmmədova