Bakıda səfirliyin maşını yolu keçən piyadanı VURDU

0
222

Bu gün Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

məlumata görə, 052 D 003 KİA markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Hadisə Üzeyir Hacıbəyli küçəsilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Avtomobilin Macarıstan səfirliyinə məxsus olduğu bildirilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Modern.az-a açıqlamasında hadisənin baş verməsini təsdiqləyib. O bildirib ki, xoşbəxtlikdən piyada yüngül xəsarət alıb.