Aramsız yağışlar, sel suları: Fermerlər heç bir rəsmi qurum maraqlanmadığı üçün narahatdırlar – VİDEO

0
434

Aqrar Sığorta Fondunun təbiət hadisələrdən, xüsusən son sel sularının fəsadlarından zərər görmüş əkin sahələrinin müəyyənləşdirilməsi və dəyən ziyanın hesablanması üçün hərəkətə keçdiyini elan edib.

Bildirilib ki, bu məqsədlə fond rəhbərliyi, eləcə də onun araşdırma departamenti də sel sularının əkin sahələrinə daha çox zərər vurduğu Cəlilabad rayonunda da olublar. Təsərrüfatlarının məhv olması ilə müflis olduqlarını deyən sahibkarlar isə qazanc bir tərəfə, əkinə sərf etdikləri maliyyənin, gübrənin və kreditlərin ödənməsi dərdindədirlər.

Qeyd edək ki, rayon ərazisinə yağan aramsız yağışlar əkin sahələrinə ciddi ziyan vurub . Xüsusilə rayonun Göytəpə şəhərində, Maşlıq və Muğan kəndlərində onlarla hektar kartof, çiyələk, taxıl, noxud sahələri, istixanalar sel suları nəticəsində ciddi ziyan çəkib.

Fermerlər heç bir rəsmi qrumun onlarla maraqlanmadığından da narahatlıq keçirirlər.