Torpagı vətənə çevirənlər

0
379

Vətən müharibəsi şəhidi Adəm Heydərovun doğum günü münasibətilə xatirəsi anılmışdır

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Bum qəsəbə sakini, şəhid Adəm İkram oglu Heydərov oğlunun doğum günüdür. Tədbirdə şəhidin təhsil aldığı kənd məktəbinin kollektivi , Şəkidən, Göyçaydan gəlmiş səhid ailələri , Qəbələ şəhid ailələri, qazilər, DAMM – SİM Qəbələ nümayəndliyi rəhbəri, imamlar, sairlər, Qəbələ TV, Qəbələ rayon icra hakimiyyətinin başçısının Bum qəsəbə İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi əvəzi Eyvaz Kazımov və ailə üzvləri şəhid Adəm Heydərov məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.

Şəhidin adına abidə kompleksi açılışı oldu, acılışda rayon numayəndləri çıxış etdi, məktəblilər şerirler söylədi.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri

Təranə Alməmmədova.