Sülhməramlılar İFŞA EDİLİR – Xocalıda terror dəstələri yaradırlar: 200 metrlikdə … – VİDEO

0
121

“Rusiya sülhməramlılarının Qarabağdakı proseslərə ikili standartlarda yanaşması və bir sıra təxribatlara şərait yaratması bilinən məsələdir”.

Bunu açıqlamasında hərbi analitik, “M5” jurnalının Bakı mərkəzli Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Azərbaycan silahlı qüvvələri ermənilərin terror əməllərinin qarşısını almaq üçün qabaqlayıcı ciddi əməliyyatlar həyata keçirəcək:

“Xüsusən üçtərəfli bəyanatına və 2022-ci ilin 22 fevralında Moskvada imzalanan qarşılıqlı müttəfiqlik müqaviləsinə zidd olaraq ərazilərimizdə cinayətlərə şərait yaratma və sanki terrorist qrupları təşviq etmə və dəstəkləmə nümunələrini görməkdəyik. Təbii ki, bu istiqamətdə siyasətçilərimiz və Azərbaycan Ordusu, rəhbərliyi gərəkli bəyanatlar səsləndirib və bunun ardı olaraq adekvat tədbirlər həyata keçirib.

Bu gün mövcud olan bu cür addımların atılması bir risk olaraq qiymətləndirilməli və mütləqdir ki, bölgənin təhlükəsizliyinin təmin edilməsi adına antiterror əməliyyatlarının keçirilməsi zərurətdir. Bundan sonrakı dönəmdə Azərbaycan silahlı qüvvələri bütün istiqamətdə lazımlı tədbirlərin görülməsi və o cümlədən ola biləcək təxribatların qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. 

Dünyada və regionda bu cür terrorist qruplardan istifadə edərək sabitliyə təhdid yaratmaq istəyənlər olacaqdır. Xüsusən də Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra ərazilərimizə yeni investorların cəlb olunması istiqamətində bir sıra addımlar atılıb. Təbii ki, düşmənimiz olan “Ermənistan Respublikası” və havadarları bundan narahatlığını artıq büruzə verməkdədir. Bu səbəbdən də vaxtaşırı olaraq terrorizm əməlləri ilə ərazilərimizdə yeni qarşıdurmalara şərait yaratmaq istəyirlər. Bütün hallarda Azərbaycan silahlı qüvvələri gərəkli qiymətləndirmələri aparacaq və qabaqlayıcı ciddi əməliyyatlar həyata keçirəcəkdir”.

Qeyd edək ki, Xocalı rayonunun Pirlər kəndinin yaxınlığında qanunsuz erməni silahlı dəstəsinin üzvlərinə hərbi geyim və silah paylanıldığı video kadrlar yayılıb. Maraqlıdı orasındadır ki, onlardan cəmi 200 metr aralıda Rusiya “sülhməramlıları” bu prosesi sakitcə izləməklə kifayətləniblər.//milli.az

videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://daytube.az/az/embed/127218