Çempionlar Liqası: Turində gərgin qarşılaşma – AFİŞA

0
255

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Bununla da 1/4 finalın son iki iştirakçısı bəlli olacaq.

İtaliyanın Turin şəhərində keçiriləcək “Yuventus” – “Vilyareal” görüşündə hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. Bu matç gecənin qarşılaşması hesab edilir. Çünki ilk matçdakı heç-heçə intriqanın qalmasına səbəb olub.

Gecənin digər oyununda İngiltərənin “Çelsi” klubu Fransada “Lill”in qonağı olacaq. Rusiyalı prezidenti Roman Abramoviçlə əlaqədar maliyyə problemi ilə üzləşəcəyi gözlənilən “Çelsi” bəlkə də sonuncu dəfə Çempionlar Liqasını qazanmaq üçün çalışacaq. Lakin komandada müdafiənin cinahlarında ciddi itkilər var.

Bu komandalar sonuncu dəfə Lill şəhərində 2019-cu ilin oktyabrın 2-də qarşılaşıb. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən görüşdə “Çelsi” 2:1 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası 
1/8 final (cavab oyunları)
16 mart

00:00 “Yuventus” (İtaliya) – “Vilyareal” (İspaniya)
Baş hakim: Şimon Marçinyak

Oynayamayacaqlar: Aleks Sandro, Leonardo Bonuççi, Federiko Kyeza, Kayo Jorje, Veston Makkeni, Denis Zakariya (hamısı “Yuventus”), Pablo Alkaser, Alberto Moreno, Ruben Penya (hər üçü “Vilyareal”)

Oynaması sual altında olanlar: Raul Albiol, Etyen Kapue, Xuan Foyt, Xerard Moreno (hamısı “Vilyareal”)

İlk oyun – 1:1

00:00 “Lill” (Fransa) – “Çelsi” (İngiltərə)
Baş hakim: Davide Massa

Oynamayacaqlar: Renatu Sanşes (“Lill”), Bencamen Çilvell, Ris Ceyms (hər ikisi “Çelsi”)

Oynaması sual altında olanlar: Sesar Aspilikueta, Kalum Hadson-Odoy (hər ikisi “Çelsi”)
İlk oyun – 0:2

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” (Madrid) və “Atletiko” (Madrid), həmçinin Almaniyanın “Bayern” və Portuqaliyanın “Benfika” klubları 1/4 finala vəsiqə əldə edib.