Bakıda quyudan meyiti tapılan 4 yaşlı qız qətlə yetirilibmiş: Dəhşətli hadisənin TƏFƏRRÜATI – YENİLƏNİB

0
293

Bakıda öldürülərək 10 metr dərinlikdə olan quyuya atılan 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub. 

Bildirilib ki, hadisədə şübhəli bilinərək saxlanılan şəxs 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. 

17:01

Yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyitinin tapılması ilə bağlı xəbər vermişdik.

Aparılan araşdırmalar nəticəsində 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin öldürüldüyü və daha sonra həmin quyuya atıldığı üzə çıxıb.

Belə ki, M.Hüseynlinin atası yanvarın 23-də qızının itkin düşməsi barədə polisə məlumat veribmiş. 

Məlumata görə, uşağın anası bir müddət əvvəl həyat yoldaşını ataraq evdən gedib. Bundan sonra T.Hüseynli 2018-ci il təvəllüdlü qızını özü saxlamağa başlayıb. Yanvarın 22-də isə o, övladını qonşuluqda yaşayan ailəyə verərək gedib. Günün sonunadək geri qayıtmayan T.Hüseynli yanvarın 23-də geri qayıdıb və qonşudan uşağı istəyib. Qonşuluqda yaşayan şəxs isə uşağın onlarda olmadığını deyib. Bundan sonra T.Hüseyn Məryəmin itkin düşməsi ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində 4 yaşlı qızın həmin evdən çıxmadığı, gecəni qonşunun evində olduğu məlum olub. Daha sonra uşağın öldürülərək həyətdəki su quyusuna atıldığı məlum olub dərhal əraziyə FHN xilasediciləri cəlb edilib. Quyuya baxış keçirilərkən məlum olub ki, azyaşlının meyiti 10 metr dərinlikli quyuya atıldıqdan sonra izi itirmək məqsədilə üzərinə qum və daha sonra mişar daşı tökülüb.

Xilasedicilər 4 yaşlı qızın meyitini dərinlikdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Hadisəni törədən şəxs saxlanılıb.