“Avroviziya – 2022”nin aparıcıları məlum oldu

0
114

Turində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin aparıcılarının adları açıqlanıb.

Bildirilir ki, builki müsabiqənin aparıcıları Laura Pauzini, Alessandro Kattelan və Mika olacaq; Trio mayın 10-dan 14-dək keçiriləcək mahnı müsabiqəsinin iki yarımfinalını və finalını aparacaq.

Laura Pauzini – italyan müğənnisidir, bir çox nüfuzlu mükafatların, o cümlədən “Qremmi” və “Qızıl Qlobus”un qalibidir.

Alessandro Kattelan – “Total Request Live”, “Le Iene” və “The X Factor” (İtaliya) layihələri ilə tanınan italyan televiziya aparıcısıdır.

Mika – Amerika-Livan əsilli Britaniya müğənnisidir. O, “Səs”in fransız versiyası və “X Factor”un italyan versiyası üzrə mentor olub.