Yandırılaraq öldürülən qadının son görüntüsü – Hər kəsi gözyaşlarına boğacaq! VİDEO

0
370

2020-ci ilin iyununda Kürdəmirdə dəhşətli hadisə baş verib.

Hadisə 2020-ci il iyunun 9-da baş verib.  Prokurorluq orqanlarının yaydığı məlumata görə,  Əmirova Şura İslam qızı Muğanlı kəndi ərazisində keçmiş əri Hüseynov Nurlan Üzeyir oğlu tərəfindən üzərinə benzin tökülərək yandırılıb.  Bununla bağlı cinayət işi açılıb.  Nurlan Hüseynova 18 il iş kəsiblər.

İki uşaq hazırda mərhum Şura Əmirovanın anası Şahnaz Əmirovanın himayəsindədir.  Şahnaz xanımın dediyinə görə qızı dünyasını dəyişməmişdən öncə videoçəkilişlə uşaqları ona həvalə edib.  Onunla bağlı Şuranın ölümündən bir qədər əvvəl videomüraciətini də təqdim edəcəyik.  

Şura ilə Nurlan 2017-ci ildə ayrılıblarmış. Sonra iddia olunur ki, Nurlanın təkidi ilə barışıblar və sonra bu dəhşətli hadisə baş verib.  Şahnaz Əmirova uşaqları uşaqların ata nənə və babasının, digər yaxınlarının görməsini istəmir.

Şahnaz Əmirova “Xəzər” TV -də yayımlanan və Lalə Azərtaşın aparıcısı olduğu “Təsir dairəsi” verilişinə Kürdəmirdən müraciət edib.  2019-cu ildə qızı əri tərəfindən yandırılaraq öldürülüb. Ərinə 18 il iş veriblər. Şahnaz xanım deyir ayrılıb ata evinə gəlmişdi. Sonra oğlan gəldi barışmaq adı ilə qızı apardı. Həmin gecə yandırdı. Ana video-çəkilişlə 2 uşağını öz anasına qəyyumluğa verib. Amma ata tərəf uşaqları görmək istəyir. Nənə isə razılaşmır.

Şuranın yandırılandan sonra çəkilən videosunu təqdim edəcəyik. Həmin videoda Şura başına gələnləri danışır. 

Kömək istədiyini, amma ona kömək edilmədiyini deyir. 

Ürəyi zəif olanlar bu videonu izləməsin.