Şuşa və Ağdama avtobus səfərləri üçün yaradılan portal işə düşdü – FOTO

0
132

Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan “yolumuzqarabaga.az” portalı bu gündən işə düşüb.

“Yolumuzqarabaga.az” saytını Dövlət Turizm Agentliyi yaradıb.

18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı “Yolumuz Qarabağa” portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10,40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9,40 manat təşkil edəcək.

Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq.

Vətəndaşlar portala daxil olduqdan sonra “ASAN login” vasitəsilə bilet ala biləcəklər.