Sülhməramlıların yeni rəhbəri Andrey Volkov kimdir?

0
331

Xəbər verdiyimiz kimi, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov yeni komandan təyin edilib.

General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb.

Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində zabit kimi xidmətə başlayıb.

Əfqanıstanda xidmət etdikdən sonra Andrey Volkov Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. 201-ci motoatıcı diviziyasının və Baqlan əyalətində Puli-Xumridə yerləşən motoatıcı alayın komandiri olub.

O, bir müddət Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb.

2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib.

Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun müavini vəzifəsini yerinə yetirib. Bu gün isə o, general-leytenant Gennadi Anaşkinin yerinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.