Şəhid Qoşqar Üzeyirovun anım günü qeyd edilmişdir

0
318



Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin- Soltannuxa kənd sakini, Üzeyirov Qoşqar Müşviq oğlunun doğum günüdür. Qəbələ Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri şəhidin məzarını ziyarət etmiş, üzərinə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxunmuşdur. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

İctimai Nəzarət təşkilatının Qəbələ rayon numayəndliyi rəhbəri.