Qubada qarın hündürlüyü 20 santimetrə çatdı – FOTO

0
127

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

Regionun bütün rayonlarına qar yağıb.

Ən çox yağıntı Quba rayonunda qeydə alınıb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Rayon mərkəzində mənfi 3,6 dərəcəyədək enib. Rayonun Qrız kəndində qarın hündürlüyü 15 sm, temperatur mənfi 15 dərəcə, Xaltanda isə qarın hündürlüyü 12 sm, temperatur isə mənfi 5,7 dərəcə olub.

Şabran rayonunda qarın hündürlüyü 12 santimetr, havanın temperaturu isə mənfi 1,4 dərəcəyədək enib.

Xızının Altıağac qəsəbəsində 12 santimetr qar, Qusarın Yasaq kəndində isə 5 santimetr qar müşahidə olunub.