QANLI 20 YANVAR ŞƏHİDLƏRİ -foto

0
226

İNT-DƏ AZADLIQ QURBANLARININ ANIM TƏDBİRİ KEÇİRİLDİ

Düz 32 il əvvəl…Təqvimdə 1990-cı ilin 20 Yanvar günü…Həftənin şənbə günü… Əslində adi bir gün olacaqdı. Axı kim bilirdi ki, bu bu gün xalqın qan yaddaşı, Azadlığa gedən ilk yolu, gələcək nəsillərə çatan şanlı tarix olacaq?!

Bir başqaydı o gün… O şənbə də bir başqaydı…Sanki namərd düşmən əlinə 1 fırça alıb o Şənbəni qara rəngləmişdi. O qış da başqa qışlardan fərqlənirdi, soyuğu, şaxtası bir başqa idi… Havada iliyi donduran şaxtq, sazaq var idi…
Sanki bu Şənbəni tarixə çevirənlər də fərqli idilər. Ürəklərindəki cəsarət, Vətən sevgisi, Azadlıq istəyiylə fərqli idilər. Sən demə onlar qanlarıyla müqəddəsləşib Şəhid olacaqlarmış.
İllər keçəcəkdi və o şaxtalı, qarlı şənbə günü bir millətin, bir xalqın tarix kitabına qanlı hərflərlə AZADLIQ sözünü yazacaqdı …
O il əkilən qərənfillər də fərqli idi. Rənglərindən ə çöhrələrindən daha mox məyusluq yağırdı. O güllərin rəngi qan rəngində idi… Şəhid qanı rəngində…
O gün xalqımız, millətimiz bir QƏHRƏMANLIQ DASTANI yazdı. O soyuq qış gecəsi öz qəhrəmanlığını, şücaətini göstərmək üçün əliyalın azadlığının mübarizəsinə qalxdı, hətta zirehli tanklar belə bu istəyi qorxuda, çəkindirə bilmədi. Azərbaycan xalqı yumruq kimi birləşib müstəqilliyə nail oldu.

20-ci əsrin 90 ilində,
20 Yanvarda Şənbə günündə,
Gözəl Bakımızda, Azər elində,
Güllə yağışına tutdular bizi,
Yasa batırdılar millətimizi…

Minlərlə soydaşımız o gün Şəhidlik zirvəsinə ucaldı. Məktəbli Larisa da, İlqar da, adı dillərdə dastana çevrilmiş İlham Fərizə də, oğlunun harayına tələsərkən vurulan ata da, övlad dərdinə dözməyib ürəyi partlayan ana da Azadlığımızın qurbanı oldular.
Bu gün o tarixdən bizə and yerimizə çevrilən möhtəşəm və qürurlu Şəhidlər Xiyabanı yadigar qalıb. Və bir də tariximizə yazılan QANLI 20 Yanvar səhifəsi…
Hər il Azərbaycan xalqı o tarixi yazan Şəhidlərimizi hörmətlə yad edir, o faciəni bizə yaşadanları nifrətlə xatırlayır.
Hər il olduğu kimi bu ildə ənənəvi olaraq İctimai Nəzarət Təşkilatının sədri Rasim Məmmədovun təşəbbüsü ilə təşkilatda 20 Yanvar Şəhidlərinin anım tədbiri keçirildi. Tədbirə Şəhid və Qazi ailələrinin üzvləri, QHT və media nümayəndələri, İNT üzvləri dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə açan Azər Hacıbəyli Şəhidlərin xatirəaini 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra çıxış üçün söz Rasim Məmmədova verildi. Sədr o dəhşətli günlə bağlı öz xatirələrindən danışdı. O günü 2 gəncin həyatını xilas etdiyini və eyni zamanda əliyalın tankların qabağına çıxan millətə geri qayıdın, onsuz da barikadalar qurulub, sizi bura çıxaranlar bəlkə də artıq sərhədi keçib qaçıblar desək də heç kim yerindən tərpənmədiklərini təəssüflə danışdı. Rasim müəllim həmçinin gözəl bir fikir vurğuladı. Azadlığı qazanmaq asan, onu qoruyub saxlamaq isə çətindi. Məhz bu məqsədlə xalq öz xilaskarını, Heydər Əliyevi hakimiyyətə gətirdi. Əliyevin hakimiyyətə gəlməsi yenicə azadlığına nail olmuş bir xalqın xoşbəxt gələcəyinə qarant idi. Və bu da oldu.
Daha sonra çıxış üçün söz QHT rəhbəri Mehriban Abdullayevaya, yazıçı Akif Cabbarlıya, şair Mübariz Süleymanlıya, İNT üzvləri Nəzakət Kərimovaya və Zəminə Muradovaya verildi. Tədbirin balaca iştirakçısı Səma Əliyeva da Şəhidlərimizə həsr olunmuş şeir söylədi.
Allah Şəhidlərimizə rəhmət eləsin. Şəhidlər unudulmur!!! Unudulmursa deməli yaşayır!!!

Sevinc Muradova
İNT mətbuat xidmətinin əməkdaşı