Meşədə ağaclar kütləvi şəkildə kəsilib – VİDEO

0
77

Şabranda meşəlik ərazidə ağaclar kütləvi şəkildə kəsilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və insanlar tərəfindən ciddi qınaqla qarşılanıb.

Bir vətəndaş Şabranda meşədə ağacların kütləvi şəkildə kəsilərək məhv edilməsi barədə video çəkərək paylaşıb.

Kadrlardan açıq aydın görünür ki, agaclar kəsilərək bir yerə toplanıb. Kəsilmiş ağaclar ərazidən yük maşınları ilə daşınır.

Ağacların kəsildiyi yer Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyliyidir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, çəkilən kadrlar Dəvəçi meşəbəyliyində 202-ci il üçün ayrılmış səhiyyə qırma sahəsidir. Belə sahələr hər il müxtəlif ərazilərdə əhalinin və müxtəlif təşkilatların oduna olan təlabatını ödəmək üçün ayrılır. Burada isə müxtəlif kriteryalara aid yaşı ötmüş, qurumuş, xəstə ağaclar seçilərək insanların oduna olan tələbatını ödəmək üçün kəsilir.

Qeyd edək ki, bu odunların hər biri dövlət tərəfindən rəsmi rüsum əsasında insanlara və ya təşkilatlara satılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://daytube.az/az/embed/122683