Hadrutda zirzəmidə yığılan qəbir daşlarının “kimliyi” bəlli oldu – VİDEO

0
221

Bir müddət əvvəl ermənilərin Hadrutu işğal etdikdən sonra azərbaycanlıların qəbir daşlarını sökdükləri görüntülər sosial şəbəkələrdə əks olunmuşdu. Cəbrayıl işğal altında olan zama Hadrutda yaşayan ermənilər burada olan qəbir daşlarını sökərək məzarları dağıdıblar. Qəbir daşlarının bəzilərini isə zirzəmilərə yığıb, bəzilərini satmaq məqsədilə istifadə etmişdilər. Həmsöhbətimiz Haqverdiyeva Həcərin üç yaxını-anası, atası və gəlinlərinin məzarı məhz həmin dağıdılmış qəbirdaşlarının arasında olub. 

H.Haqverdiyevanın təkcə valideynlərinin məzarı deyil, eyni zamanda qardaşının yoldaşı və əmisinin məzar daşı da dağıdılaraq məhv edilib. 

Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu Hadrutu işğaldan azad etdikdən sonra qəbir daşlarından bəziləri Hadrutda zirzəmidə tapılıb.

Ətraflı süjeti təqdim edirik: