Hacı Zeynalabdin Tağıyevin heykəli açılışa hazırdır – FOTO

0
121

Bu gün böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyasının yaxınlığında qoyulan heykəlinin açılışı gözlənilir. 

Xalq rəssamı Xanlar Əhmədov açıqlamasında heykəlin açılışının bu gün olacağını bildirib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edilib. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olub.

Xatırladaq ki, ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv olunduğu üçün heykəlin açılışı təxirə salınmışdı. 

Bir müddət əvvəl H.Z.Tağıyevin heykəlinin qoyulması üçün ərazidə işlərin görülməsinə başlanılıb.