DYP-dən respublika yollarındakı vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

0
145

Qarlı hava şəraiti ilə bağlı respublika yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib. 

Bildirilib ki, ötən gün saat 19:00-dan başlayaraq DİN Baş DYP İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edərək tədbir görüblər:

“Belə ki, görülən tədbirlər nəticəsində Gəndob-Yalama yolunun 0-48 kilometrliyində və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci kilometrliyində yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işləri davam etdirilib. Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb”.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/49224/