Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib

0
104

Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 669 054 yoluxma halı və 6 916 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 326 279 424 nəfər yoluxub. Onlardan 5 536 609 nəfəri vəfat edib.Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.