“Cəfər Cabbarlı”-“Xətai” metro tunelində yenidənqurma işləri nə vaxt başa çatır? – RƏSMİ AÇIQLAMA

0
121

“Cəfər Cabbarlı”-“Xətai” metro tunelinin 481 metrlik hissəsinin yolları tamamilə yeni əsaslarla qurulur və işlər 2022-ci ilin I rübündə tam başa çatdırılacaq.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, ötən il “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri çərçivəsində mühüm işlərdən biri yerüstü sahədə tamamlanaraq onun konstruksiyasının yağıntılardan qorunması məqsədilə üç mərhələli təmiri aparılıb. Burada kommunikasiya xətləri yenilənib, yeni mühafizə qatı qurulub.

Bu mənzildə təbii havalandırma imkanlarının genişləndirilməsi baxımından Cəfər Cabbarlı meydanında yeni köşk quraşdırılıb.

Şaxtalardan birinin Süleyman Rəhimov küçəsində avtomobil yolunun ortasında yerləşən köşkünün “Azərbaycan Dəmir Yolları” QSC-nin iştirakı ilə yeri dəyişdirilib.