Bayden üçün kritik dönəm: Amerikalılar yaşlı prezidentin xarici siyasətindən narazıdır

0
130

ABŞ vətəndaşları prezident Co Baydenin beynəlxalq aləmdəki hərəkətlərini mənfi qiymətləndirir.

Baydenin Ağ Evdə keçirdiyi bir ilin nəticələrinə dair sorğu keçirilib.

Dövlət başçısının Rusiya ilə bağlı problemlərin həllinə münasibəti amerikalıların ürəyincə deyil. Belə ki, bu suala respondentlərin 55 faizinin cavabı mənfi olub. Respondentlərin 56 faizi isə Çinlə münasibətlərin qurulmasını tənqid edib.

Jurnalistlər həmçinin amerikalıların Baydenin iqtisadiyyatda və səhiyyə sahəsində atdığı addımlara vətəndaşların münasibətini öyrəniblər.

Ümumilikdə ABŞ-ın 46-cı prezidentinin fəaliyyətini amerikalıların cəmi 44 faizi bəyənib.