Azərbaycanda kanalda tank və top mərmiləri TAPILDI – FOTO/VİDEO

0
116

Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib.

Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 125 mm-lik “BK-14” tank mərmisi və 1 ədəd 122 mm-lik “OF-56” top mərmisi olduğu (tərkibində partlayıcı maddə olmayan) müəyyən edilib.

Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib..