Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb

0
98

Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilən faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılıb.