Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu – YENİLƏNİB + VİDEO

0
74

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

Əsgərimiz Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

12:02

Ötən gün həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu ilə vida mərasimi keçirilir. 

Onun nəşi Şəkidə yaşadığı evə gətirilib.

Mərasimdə əsgərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

https://www.facebook.com/oxu.azz/